UNESCO-TÜRKSOY əməkdaşlığının genişlənməsi gələcəkdə daha faydalı nəticələr verəcək

Posted by

UNESCO-TÜRKSOY əməkdaşlığının genişlənməsi gələcəkdə daha faydalı nəticələr verəcək

UNESCO-TÜRKSOY əməkdaşlığının genişlənməsi gələcəkdə daha faydalı nəticələr verəcək

 

 

UNESCO-TÜRKSOY əməkdaşlığının genişlənməsi gələcəkdə daha faydalı nəticələr verəcək

UNESCO-nun baş direktoru xanım İrina Bokovanın rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfəri çərçivəsində TÜRKSOY-un Ankaradakı qərargahında olub.

 

İrina Bokova əvvəlcə UNESCO ilə TÜRKSOY arasındakı əməkdaşlığı əks etdirən fotosərgi ilə tanış olub.

 

TÜRKSOY-un baş katibi Düsen Kaseinov hər iki təşkilat arasındakı mövcud əməkdaşlıq sazişinin uğurlu nəticələrindən bəhs edib. O, UNESCO-nun Parisdəki mənzil-qərargahında TÜRKSOY tərəfindən Novruz bayramına həsr edilmiş konsertin, dünya şöhrətli bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının 100 illiyinə aid mərasimin, 2014-cü ilin dekabrında Bakıda TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli komissiya və komitələrinin beşinci iclasının keçirilməsinə verdiyi dəstəyə görə İ.Bokovaya təşəkkürünü bildirib. Baş katib qeyd edib ki, 2015-ci ilin martında UNESCO-nun 70 illiyinə həsr olunacaq Novruz konsertinin, aprelində isə bu təşkilatın mənzil-qərargahında “Kitabi-Dədə Qorqud” simpoziumunun keçirilməsi planlaşdırılır.

 

İ.Bokova hər iki təşkilat arasındakı əməkdaşlığa dair fotosərginin keçirilməsini yüksək dəyərləndirib. Türk xalqlarına aid mədəni irs nümunələrinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsi istiqamətində görülən işlərdən danışan baş direktor bildirib ki, 2016-cı ildə UNESCO ilə TÜRKSOY arasında əməkdaşlığın qurulmasının 20 illiyi ilə bağlı beynəlxalq tədbir təşkil olunacaq.

 

Tərəflər əminliklə bildiriblər ki, əməkdaşlığın genişlənməsi gələcəkdə daha faydalı nəticələr verəcək.

 

AzərTac.az