Riqada “Şərqi tərəfdaşlığı” ölkələrinin vərəm əleyhinə mübarizə üzrə nazirlik səviyyəsində ilk konfransı keçiriləcək

Posted by

Martın 30-da Riqada “Şərqi tərəfdaşlığı” Proqramının üzvü olan ölkələrin vərəm və çoxsaylı dərmanlara davamlı vərəm əleyhinə mübarizə üzrə nazirlik səviyyəsində konfransı olacaq.

Forum Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Bürosunun, QİCS, Vərəm, Malyariya əleyhinə Mübarizə üzrə Qlobal Fondun himayəsi ilə keçiriləcək.

Konfransda Avropa ölkələrinin nazirləri, Avropa İttifaqının, “Şərqi tərəfdaşlığı”nın üzvü olan dövlətlərin, beynəlxalq qurumların və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər. Konfrans nümayəndələri vərəm əleyhinə Riqa Bəyannaməsini qəbul edəcəklər.

Xatırladaq ki, 2012-ci ildə DST-nin Avropa regionunda 353 min vərəmə yoluxma faktı qeydə alınıb. Təqribən 35 min xəstə vəfat edib.

AzərTac.az