Azərbaycan Avtomobil Federasiyası yol hərəkəti təhlükəsizliyi ilə bağlı sosial layihələrə başlayıb

Posted by

Azərbaycan Avtomobil Federasiyası yol hərəkəti təhlükəsizliyi ilə bağlı sosial layihələrə başlayıbAzərbaycan Avtomobil Federasiyası yol hərəkəti təhlükəsizliyi ilə bağlı sosial layihələrə başlayıb

Azərbaycan Avtomobil Federasiyası yol hərəkəti təhlükəsizliyi ilə bağlı sosial layihələrə başlayıb

Azərbaycan Avtomobil Federasiyası (AAF) yol hərəkəti təhlükəsizliyi ilə bağlı sosial layihələrə başlayıb.

 

Federasiyadan APA-ya verilən məlumata görə, bu layihələr yol hərəkətinin müxtəlif yaşda iştirakçılarını əhatə etməklə yanaşı, onların yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirilməsinə yönəlib.

 

Layihə çərçivəsində məktəbəqədər tərbiyə müəssisələri və orta məktəblərdə yol hərəkəti qaydalarının təbliğ olunması məqsədilə rəsm dərsləri təşkil olunur. Azərbaycan Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində keçirilən “Şəkillərlə öyrən” adlı bu dərslərdə şagirdlər və uşaq bağçasında təlim-tərbiyə alan azyaşlıların iştirakı ilə yol hərəkəti qaydalarını, onlara riayət olunmanın vacibliyini izah edən müzakirələr aparılır, həmçinin Avtomobil Federasiyası tərəfindən təqdim olunan rəsmləri rəngləməklə orada təsvir olunan yol hərəkəti qaydaları öyrədilir.

 

Eyni zamanda AAF-ın yol hərəkəti təhlükəsizliyi ilə bağlı hazırladığı və bu vaxtadək televiziya kanalları və şəhər monitorlarında yayımlanan videoçarxların paytaxtın bir sıra kinoteatrlarında da nümayişinə başlanılıb. “Nizami” Kino Mərkəzi və “Park Cinema”da başlanan bu yayımların gələcəkdə digər mövzularda video çarxlarla müxtəlif kinoteatrlarda davam etdirilməsi nəzərdə tutulur.

 

Avtomobil Federasiyasının təşəbbüsü ilə paytaxtın bir sıra restoran və kafelərində də yol hərəkəti təhlükəsizliyi ilə bağlı aksiyalar keçirilir. Bu məqsədlə spirtli içki qəbul edərək avtomobil idarə etməyin ağır yol qəzalarına səbəb olması ilə bağlı nəşrlər paylanılır.

 

Qeyd edək ki, bu sosial layihə Beynəlxalq Avtomobil Federasiyasının (FİA) üzvü olan Azərbaycan Avtomobil Federasiyasının mobillik siyasəti sahəsindəki fəaliyyəti çərçivəsində həyata keçirilir.

 

Apa.az