Bakı-Tbilisi xətti üzrə “turist qatarı” işə salınacaq

Posted by

Bakı-Tbilisi xətti üzrə "turist qatarı" işə salınacaqBakı-Tbilisi xətti üzrə “turist qatarı” işə salınacaq

Bakı-Tbilisi xətti üzrə "turist qatarı" işə salınacaq

Qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” 2014-cü il dekabrın 29-dan 2015-ci il yanvarın 3-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

 

Trend xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin I müavini Qurban Nəzərov bu gün jurnalistlərə açıqlamasında deyib.

 

Onun sözlərinə görə, dekabrın 29-dan etibarən bütün istiqamətlərdə sərnişindaşımaya olan tələbatı nəzərə alaraq müəyyən tədbirlər görülüb. Bu, həm müvəqqəti yeni qatarların təyin edilməsi, eyni zamanda, qatarlarda vaqonların sayının artırılması ilə əlaqədardır: “Bu gün xüsusi tələbat Bakı-Tbilisi istiqamətinədir. Belə ki, dekabrın 29-da Bakıdan Tbilisiyə iki qatar yola düşəcək. Yeni il bayramı münasibətilə Azərbaycandan Gürcüstana gedən turistlərin sayının çoxluğunu nəzərə alaraq, dekabrın 29-da Bakıdan Tbilisiyə xüsusi “turist qatarı” da çıxacaq. Eyni zamanda, 2015-ci il yanvarın 2-də Tbilisidən Bakı istiqamətinə 2 qatar hərəkət edəcək. Bu da sərnişinlərin bu istiqamətdə gediş-gəlişinə olan tələbatı tam ödəyəcək”.

 

Q.Nəzərov qeyd edib ki, paralel olaraq həm şimal, yəni Rusiya və Ukrayna istiqamətində, həm də ölkənin cənub və qərb istiqamətlərində hərəkət edən bütün sərnişin qatarlarına əlavə vaqonlar qoşulacaq: “Qatarların hərəkət cədvəlində isə heç bir dəyişiklik olmayacaq. Bundan əlavə, bütün istiqamətlərdə hərəkət edən qatarlarda, həmçinin stansiyalarda təhlükəsizlik tədbirləri gücləndiriləcək”.

 

Trend.az