Bayram günlərində Bakıda marşrut avtobuslarının sayı artırılacaq
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar olaraq Bakıda sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələri gecə saatlarına qədər işləyəcək.
Bu haqda “APA-Economics”ə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional Şöbəsinin rəis müavini Əmrah Cəfərov məlumat verib.
Ə. Cəfərov deyib ki, ictimai nəqliyyat vasitələri gecə saat 01:00-dək işləyəcək.
“Əsasən əhalinin sıxlığı olacaq yerlərdə nəqliyyat vasitələrinin sayı artırılacaq. Tam tələbatı yerinə yetirmək üçün ehtiyatda nəqliyyat vasitələri mövcuddur”, – deyə Ə. Cəfərov qeyd edib.
Apa.az