Karantin nəzarətində olan məhsulların gələn ildən Azərbaycan da daxil olmaqla, bir neçə ölkədən Rusiyaya idxalına qadağa qoyulacaq

Posted by

Karantin nəzarətində olan məhsulların gələn ildən Azərbaycan da daxil olmaqla, bir neçə ölkədən Rusiyaya idxalına qadağa qoyulacaqKarantin nəzarətində olan məhsulların gələn ildən Azərbaycan da daxil olmaqla, bir neçə ölkədən Rusiyaya idxalına qadağa qoyulacaq

Karantin nəzarətində olan məhsulların gələn ildən Azərbaycan da daxil olmaqla, bir neçə ölkədən Rusiyaya idxalına qadağa qoyulacaq

Rusiya bir sıra ərzaq məhsullarının ölkəyə idxal olunmasına qadağa qoyur.

 

“APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ölkənin “Bitkilərin karantinin haqqında” qanununa uyğun olaraq 2015-ci ilin yanvarın 1-dən qonşu ölkəyə karantin nəzarəti ilə idxal olunan məhsulların qaydalarında dəyişiklik edilib.

 

Belə ki, karantin altında olan məhsulların sırasında istər təzə, istərsə də quru meyvə və tərəvəz, göyərti, quru ot, çay, çərəz və s. göstərilir.

 

Qərar Rusiya, Qazaxıstan və Belorusun üzvü olduğu Gömrük İttifaqının Gömrük Komissiyası tərəfindən təsdiq edilib. Qeyd edilib ki, karantin nəzarətinə düşən istənilən məhsulların Tacikistan, Azərbaycan, Özbəkistan, Ukrayna, Moldova, Gürcüstan və Avropa Birliyi ölkələrindən idxalına qadağa qoyulur. Rusiyaya digər ölkələrdən karantin nəzarətində olan məhsulların əl çantasında və baqajda, o cümlədən poçt göndərmələrində idxalına ancaq çəkisi 5 kq təşkil etdikdə və bu məhsulun toxum, əkiləcək material və ya kartof olmaması şərti ilə icazə verilir.

 

Qeyd edək ki, bu qayda Rusiya ərazisində karantin obyektlərinin yayılması və qarşısının alınması, onların yayılmasından yaranacaq zərərin qarşısının alınması və idxalçı ölkələrin karantin fitosanitar tələblərinə riayət olunmasını nəzərdə tutur.

 

Apa.az