Rusiyanın Samara şəhərindən Bakıya müntəzəm aviareyslərin həyata keçirilməsi üçün üç şirkətə razılıq verilib
Rusiyanın Hava nəqliyyatı üzrə Federal Agentliyi (“Rosaviasiya”) üç aviaşirkətə Samara şəhərindən Bakıya müntəzəm uçuşlar həyata keçirməyə razılıq verib.
“APA-Economics”in Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, “Ural Hava Yolları” aviaşirkətinə Bakıya həftədə 5 dəfə, “Koqalımavia” və “Ak Bars Avia” şirkətlərinə isə həftədə 3 dəfə uçuşlar yerinə yetirməyə icazə verilib.
Qeyd edək ki, hal-hazırda qış qrafikinə uyğun olaraq Samaranın “Kurumoç” hava limanından Bakıya uçuşlar həyata keçirilmir.
Apa.az