Azərbaycanın təhsil naziri türkdilli xalqları və ölkələri UNESCO və BMT-nin proqramları çərçivəsində əməkdaşlığa çağırıb

Posted by

Azərbaycanın təhsil naziri türkdilli xalqları və ölkələri UNESCO və BMT-nin proqramları çərçivəsində əməkdaşlığa çağırıbAzərbaycanın təhsil naziri türkdilli xalqları və ölkələri UNESCO və BMT-nin proqramları çərçivəsində əməkdaşlığa çağırıb

Azərbaycanın təhsil naziri türkdilli xalqları və ölkələri UNESCO və BMT-nin proqramları çərçivəsində əməkdaşlığa çağırıb

“ TÜRKSOY gənc, lakin bir çox sahələrdə fəal addımlar atan bir təşkilatdır. Bu təşkilat təhsil sahəsinə də diqqət ayırır. Bugünkü tədbir türkdilli məkanın ən qədim ali təhsil ocaqlarından biri olan Bakı Dövlət Universitetinin təsis olunmasının 95 illiyinə təsadüf edir ”.

 

APA-nın məlumatına görə, bunu bu gün TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiya və Komitələrinin Beşinci İclasında təhsil naziri Mikayıl Cabbarov söyləyib.

 

M.Cabbarov deyib ki, hazırda dünyada baş verən qloballaşma prosesi ilə əlaqədar xalqlar tamaşaçı rolunu deyil, fəal iştirakçı rolunu oynayır: “Bunu təmin etmək üçün ən vacib vasitə təhsildir. “Türkdilli ölkələr təhsil sahəsində eyni problemlərlə rastlaşır. Məktəbəqədər təhsilə bütün uşaqların cəlb olunması, məktəbi erkən tərk etmə hallarının qarşısının alınması, texniki-peşə təhsilinin keyfiyyətinin gücləndirilməsi və nüfuzunun artırılması və ən əsası, təhsilin iqtisadi-sosial inkişafla əlaqəsinin təkmilləşdirilməsidir. Hesab edirəm ki, problemlərin həlli istiqamətində ən səmərəli yollar haqqında məlumatlar mübadiləsini həyata keçirməliyik”.

 

M.Cabbarov Azərbaycanın hazırda təhsil sahəsində islahatların yeni bir mərhələsindən keçdiyini söyləyib: “Bu islahatlar 2013-cü ilin oktyabr ayında prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsaslanır və bu sahədə fəal işlər aparılır və artıq müəyyən nailiyyətlər əldə olunub. Biz türkdilli həmkarlarımızla bu məlumatları paylaşmağa hazırıq. Məmnuniyyətlə qeyd etmək istərdim ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv Ölkələrin Təhsil Nazirlərinin 3-cü İclası Bakıda keçirilib, maraqlı müzakirələr aparılıb, vacib qərarlar qəbul edilib. Bütün bunlar türkdilli xalqları və ölkələri birləşdirən təşkilatlar arasında əməkdaşlığın səmərəliliyinin artırılmasına xidmət edir. Əminəm ki, xalqlarımız yalnız türkdilli xalqları birləşdirən təşkilatlar çərçivəsində deyil, həmçinin müvafiq beynəlxalq təşkilatlar formatında da əməkdaşlıq etməlidir. Bu, ilk növbədə UNESCO-ya aiddir.”.

 

M.Cabbarov qeyd edib ki, 2015-ci il 19-22 may tarixlərində Cənubi Koreyada UNESCO-nun Dünya Təhsil Forumu keçiriləcək: “Gələn il 2000-ci ildə qəbul olunmuş BMT-nin Minilliyin İnkişaf Hədəfləri Proqramının müddəti bitir və onun əvəzinə Davamlı İnkişaf Hədəfləri Proqramı qəbul olunacaq. Ölkələrimiz bu proqram çərçivəsində də daim əməkdaşlıq etməlidir”.

 

Apa.az