Gəncədə məcburi köçkünlər yeni mənzillərə köçürülür

Posted by

Gəncədə məcburi köçkünlər yeni mənzillərə köçürülürGəncədə məcburi köçkünlər yeni mənzillərə köçürülür

Gəncədə məcburi köçkünlər yeni mənzillərə köçürülür

Bu gün Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Hacıkənd qəsəbəsində vətəndaşların səyyar qəbulunu keçirib. Tədbirdə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Aqil Məmmədov, Xocalı şəhər İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, şəhər və rayon rəsmiləri, Hacıkənd qəsəbəsində məskunlaşan qaçqın və köçkünlər iştirak ediblər.

 

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və ona edilmiş Əlavələrə uyğun olaraq, ötən illər ərzində məcburi soydaşlarımızın məşğulluq və digər sosial problemlərinin həlli, yaşayış səviyyəsinin yüksəldilməsi, xüsusilə mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına dair genişmiqyaslı tədbirlərin icrasının uğurla davam etdirilməsindən, Gəncədə də bu istiqamətdə məqsədyönlü işlərin həyata keçirilməsindən söhbət açıb. Qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə Gəncə şəhərinin ərazisində 600 məcburi köçkün ailəsi üçün hər bir şəraiti olan ikinci yeni qəsəbə istifadəyə verilib.

 

İcra başçısı vətəndaşların müraciətlərini diqqətlə dinləyərək, onların mənzillə,işlə, nəqliyyatla təmin olunması, köçürülmə ilə əlaqədar yaranmış problemlərinin aradan qaldırılması üçün hərtərəfli kömək göstəriləcəyini bildirib, yerindəcə müvafiq təşkilatlara tapşırıqlarını verib.

 

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Gəray Fərhadov çıxışında 2003-2014-cü illərdə 87 müasir qəsəbə, çoxmərtəbəli binalardan ibarət məhəllə və həyət evlərinini tikildiyini, 42 min məcburi köçkün ailəsinin mənzillə təmin olunduğunu bildirib. Qeyd edib ki, yeni qəsəbədə 600 ev, inzibati bina, tibb məntəqəsi, klub, poçt binası və 50 yerlik uşaq bağçası tikilib. Məcburi köçkünlərin istəyi nəzərə alınaraq onların maldarlıqla məşğul olmaları üçün xüsusi ərazi ayrılıb. O, həmçinin diqqətə çatdırıb ki, köcürülmə ilə əlaqədar müvafiq komissiya yaradılıb.

 

Qəsəbədə məskunlaşan qaçqın və köçkünlər- Telli İbrahimova, Hamlet Nəsibov, Zərifə Allahverdiyeva, Nübar İsmayılova, Həmid Abdullayev və başqaları onlara hərtərəfli diqqət və qayğı göstərdiyinə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz minnətdarlıq duyğularını ifadə etməklə , ölkə başçısının səyləri nəticəsində tezliklə doğma yurdlarının düşmən işğalından azad olunacağını bildirbilər. Bütün işlərində onların hər birinə doğma münasibət göstərən, kömək və dəstək olan Gəncə şəhər İcra Hakimiyyətinini başçısı Elmar Vəliyevə təşəkkür ediblər.

 

Trend.az