Xələf Xələfov: İnsan haqlarından siyasi məqsədlər üçün istifadə hüquq müdafiəsi institutlarına inamı sarsıdır
İnsan haqlarından siyasi məqsədlər üçün istifadə həmin hüquqların müdafiəsi ilə məşğul olan institutların uğurlarına inamı sarsıdır. Trend xəbər verir ki, Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov belə hesab edir.
Xələfov bazar ertəsi “Narkomaniyaya meyilli ailədə və cəmiyyətdə qadınların və uşaqların hüquqların müdafiəsi” mövzusunda beynəlxalq konfransda çıxış edərkən deyib: “Azərbaycan insan haqları sahəsində böyük uğurlara nail olub. Bəziləri ona müsbət, bəziləri isə tənqidi yanaşır. Вu sahədə müəyyən səhvlər ola bilər. Başlıcası odur ki, Azərbaycanın bu sahədə yürütdüyü siyasət sayəsində göstərilən problemin həlli üçün möhkəm baza yaradılıb”.
Onun sözlərinə görə, son vaxtlar Azərbaycanda insan haqlarının müdafiəsi üzrə vəziyyətlə bağlı tənqid səslənir və bu tənqiddən beynəlxalq arenada ölkəyə təzyiq vasitəsi kimi istifadə etmək istəyirlər: “Lakin insan hüquqları siyasi deyil, daha çox humanitar məsələdir. İnsan haqlarından siyasi məqsədlər üçün istifadə həmin hüquqları müdafiə edən institutların uğurlarına inamı sarsıdır”.
Son vaxtlar bir sıra beynəlxalq təşkilatlar Azərbaycanda insan haqlarının qorunması sahəsində vəziyyəti tənqid edirlər.
Trend.az