Bahar Muradova: “Azərbaycan münaqişədən daha çox narkomaniyadan əziyyət çəkəcək

Posted by

Bahar Muradova: "Azərbaycan münaqişədən daha çox narkomaniyadan əziyyət çəkəcəkBahar Muradova: “Azərbaycan münaqişədən daha çox narkomaniyadan əziyyət çəkəcək

Bahar Muradova: "Azərbaycan münaqişədən daha çox narkomaniyadan əziyyət çəkəcək

“Azərbaycan bütün yolların kəsişməsində yeləşir. Narkotik tranziti yolu üzərində dayanan ölkə kimi biz də bu prosesdə istər-istəməz iştirak etməli oluruq və Azərbaycan vətəndaşları bu prosesə cəlb olunurlar. Təəssüf doğuran hal odur ki, baş verən cinayətlərə diqqət yetirdikdə çox zaman diqqəti daha az çəkən uşaqlar və qadınlardan istifadə edildiyinin şahidi oluruq”. Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova “Narkomanlığa düçar olmuş uşaqların və qadınların ailədə və cəmiyyətdə hüquqlarının müdafiəsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, hətta bəzən ailəliklə bu cinayətə qoşulma halları olur. Bu yaxınlarda ananın həbsxanada cəza çəkən oğluna narkotik vasitə aparmasını çox acınacaqlı hal kimi qəbul edən vitse-spiker qeyd edib ki, bu məsələdə ailənin üzərinə xüsusi məsuliyyət düşür.

 

B.Muradova hesab edir ki, müvafiq qurumlar belə ailələrin fəaliyyətini daim nəzarətdə saxlamalıdırlar: “Hesab edirəm ki, yalnız bu şəkildə problemi aradan qaldıra bilməyəcəyik. Onu yalnız müəyyən qədər məhdudlaşdıra biləcəyik. Әks təqdirdə, Azərbaycan münaqişədən çəkdiyi əziyyətdən daha çox narkomaniyadan əziyyət çəkəcək. Bu, elə bir problemdir ki, onu bir addımla, bir proqramla aradan qaldırmaq mümkün deyil”.

 

Bu məsələnin Azərbaycan parlamentində daim diqqət mərkəzində olduğunu nəzərə çatdıran B.Muradova deyib ki, narkomaniya xəstəlik kimi başlayır, sonda cinayətə çevrilir: “Buna görə də bu problem beşikdəcə boğulmalıdır.

 

Trebnd.az