Azərbaycan elektron sağlamlıq kartlarını şəxsiyyət vəsiqələrinə inteqrasiya edir
Azərbaycanda elektron sağlamlıq kartlarındakı məlumatlar yeni nəsil şəxsiyyət vəsiqələrinə inteqrasiya ediləcək. Bu barədə çərşənbə günü Trend-ə Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat-Hesablama Mərkəzindən (MHM) bildiriblər.
MHM-dən deyildiyi kimi, məlumat şəxsiyyət vəsiqəsinin çipində təkrarlanacaq.
Layihənin 2015-ci il dekabrın 1-nə kimi başa çatdırılması planlaşdırılır. Yeniyetmələr üçün şəxsiyyət vəsiqəsində çipə uyğunluq sertifikatının inteqrasiyası üçün imkan nəzərdə tutulub.
Layihə Ədliyyə Nazirliyi tərəfindən Səhiyyə Nazirliyi ilə birgə reallaşdırılacaq: “Elektron sertifikatlar vətəndaşlara MHM tərəfindən veriləcək. Mərkəz həmçinin yeni nəsil şəxsiyyət vəsiqələrinin çiplərinə elektron-rəqəmli imzanın inteqrasiyası ilə də məşğul olacaq. Bu hədəflər üçün yeni e-imza mərkəzi yaradılacaq. Yeni şəxsiyyət vəsiqələrinin 2015-ci il dekabrın 1-dən veriləcəyi gözlənilir”.
Yeni mərkəz ölkənin Daxili İşlər Nazirliyi yanında fəaliyyət göstərən 9 fərdiləşdirmə mərkəzində sorğuları emal edəcək. İHM alınmış sorğular əsasında sertifikatları hazırlayacaq və onları geri göndərəcək: “Yeni vəsiqələrdəki çiplərə məlumatlar DİN tərəfindən daxil ediləcək. Vətəndaşların yeni şəxsiyyət vəsiqələrinin alınması üzrə qeydiyyatı nazirliyin təxminən 90 şöbəsində aparılacaq. Həmçinin “ASAN xidmət” mərkəzlərində də qeydiyyatdan keçmək mümkün olacaq”.
Qeyri-rəsmi məlumatlara görə, yeni şəxsiyyət vəsiqələrinin alınmasına görə dövlət rüsumunun məbləği 5 manat olacaq.
Trend.az