Taner Yıldız Azərbaycana minnətdarlığını bildirdi
Transanadolu qaz kəməri (TANAP) layihəsi Avropa ölkələrinin, həmçinin Türkiyənin enerji təhlükəsizliyinin təmin edilməsi üzrə ciddi addım olacaq. Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız deyib.
Onun sözlərinə görə, hazırda qlobal xarakter daşıyan layihələr mövcuddur və TANAP onlardan biridir: “TANAP layihəsi enerji təhlükəsizliyi probleminin həllində ciddi addım olacaq”.
Nazir, həmçinin bu layihənin reallaşdırılması imkanı üçün Azərbaycana minnətdarlığını bildirib.
Trend.az