Türkiyə və Fransa Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər
Türkiyə və Fransa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə ediblər.
Trend-in “TRT Haber” telakanalına istinadən verdiyi məlumata görə, bunu cümə günü Parisdə Fransa Prezidenti Fransua Olland türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə keçirdiyi mətbuat konfransında deyib.
Tərəflər, həmçinin ATƏT-in Minsk qrupunun münaqişənin nizamlanması üzrə fəaliyyətini müzakirə ediblər.
Trend/az