6 ölkənin liderləri Dağlıq Qarabağ münaqişəsi barədə yekdil fikrə gəliblər
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderlərinin qəbul etdiyi bəyanatda Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının zəruriliyi qeyd edilir.
Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya, Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Tacikistanın dövlət başçıları Kremldə keçirilən sammitin yekunları üzrə 22 sənəd qəbul ediblər.
Prezidentlər dövlət başçılarının birgə bəyanatını, 19 qərarı və 2 protokolu bəyəniblər.
Trend.az