340 nəfər əlilliyi olan şəxs peşə hazırlığı kurslarına cəlb edilib

Posted by

340 nəfər əlilliyi olan şəxs peşə hazırlığı kurslarına cəlb edilib340 nəfər əlilliyi olan şəxs peşə hazırlığı kurslarına cəlb edilib

340 nəfər əlilliyi olan şəxs peşə hazırlığı kurslarına cəlb edilib

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən əlilliyi olan şəxslərin peşə reabilitasiyası istiqamətində aparılan işlərin nəticəsi olaraq, bu ilin ötən dövründə 340 nəfər bu təbəqədən olan şəxs peşə hazırlığı kurslarına cəlb olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, onlardan 250 nəfəri ƏƏSMN-in Bakının Yeni Ramana qəsəbəsində yerləşən Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində dərzi, toxucu, xalçaçı, aşbaz, kompüter istifadəçisi, bərbər və s. peşələr üzrə peşə təlimi keçiblər. Təlim müddətində onların dövlət hesabına yataqxana, yemək, kommunal və tibbi xidmətlə təminatı da həyata keçirilib. Kursları bitirən gənclərdən 100 nəfərinə peşə şəhadətnamələri, digərlərinə peşə kurslarını bitirmələri barədə arayışlar verilib.

Qeyd olunan şəxslərdən 90 nəfəri isə ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti tərəfindən peşə hazırlığı kurslarına cəlb edilib. Onlardan gözdən əlilliyi olan 60 nəfəri üçün brayl sistemi üzrə peşə təlimi aparılıb. Peşə hazırlığı kurslarını bitirən əlilliyi olan şəxslərin qısa müddətdə məşğulluqlarının təmin olunması istiqamətində müvafiq işlər görülüb.

 

Trend/az