28 May – Respublika Günü Seul şəhərində təntənəli şəkildə qeyd edilib

Posted by

28 May – Respublika Günü Seul şəhərində təntənəli şəkildə qeyd edilib

28 May – Respublika Günü Seul şəhərində təntənəli şəkildə qeyd edilib

28 May – Respublika Günü Seul şəhərində təntənəli şəkildə qeyd edilib

Azərbaycanın Koreya Respublikasındakı Səfirliyi tərəfindən Seul şəhərində 28 May – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.

Azərbaycan Koreya Respublikasındakı Səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Koreyanın dövlət və hökumət orqanlarının rəsmiləri, diplomatik missiyaların və hərbi attaşelik aparatlarının rəhbər və nümayəndələri, ali təhsil ocaqlarının rektorları, o cümlədən professor və müəllim heyəti, bir sıra şirkət rəhbərləri, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak ediblər.

Azərbaycanın Koreya Respublikasındakı Səfirliyinin müvəqqəti işlər vəkili Rəmzi Teymurov tədbiri giriş sözü ilə açaraq 96 il əvvəl qurulmuş Azərbaycan Demokratik Respublikasının tarixi və fəaliyyət istiqamətləri, müsəlman şərqində ilk demokratik dövlət olan ADR-in süqutu və 70 il sonra Azərbaycanın öz müstəqilliyini yenidən bərpa etməsi, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında bütün sahələrdə həyata keçirilmiş islahatlar və quruculuq işləri, ölkənin xarici siyasət prioritetləri və iqtisadi göstəriciləri, Azərbaycanın fəal iştirakı ilə regionda həyata keçirilən irimiqyaslı layihələr, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan -Koreya ikitərəfli münasibətləri haqqında məlumat verib.

Tədbirdə 28 May – Respublika Günü münasibətilə qonaqlara ziyafət verilib.

 

Trend/az