28 May – Respublika Günü münasibətilə Mərakeşdə rəsmi qəbul təşkil edilmişdir

Posted by

Mayın 14-də 28 May – Respublika Günü münasibətilə Mərakeşdə rəsmi qəbul təşkil edilmişdir.

Azərbaycanın bu ölkədəki səfirliyinin təşkil etdiyi bayram tədbirində Mərakeşin Baş naziri Abdelilah Benkiran, dövlət və hökumət strukturlarının nümayəndələri, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, jurnalistlər iştirak etmişlər.

Səfir Tarık Əliyev qonaqlara müsəlman Şərqində ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi, gördüyü işlər barədə məlumat vermiş, ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra qazandığı uğurlardan danışmışdır.

Azərbaycan ilə Mərakeş arasında əlaqələrdən söhbət açan səfir demişdir ki, rəsmi qəbulda Baş nazir Abdelilah Benkiranın iştirakı ölkələrimizin qarşılıqlı münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir.

Azərbaycandan dəvət olunmuş instrumental ansambl və rəqs qrupunun ifaları tədbir iştirakçılarında xoş ovqat yaratmışdır.

AzərTac.az