2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarında media nümayəndələri üçün növbəti güzəştlər tətbiq olunur

Posted by

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarında media nümayəndələri üçün növbəti güzəşt açıqlanıb. Yarışın Təşkilat Komitəsindən apasport.az saytına verilən məlumata görə, mətbuat qurumları qanuni malları gömrük rəsmiləşdirməsindən keçirərək, heç bir rüsum ödəmədən Azərbaycana müvəqqəti gətirə biləcəklər.

Belə ki, Bakı-2015 üçün gömrük proseduru çərçivəsində ölkəmizə gətirilən avadanlıqlar müvəqqəti olaraq burada qalacaq və oyunlardan sonra yenidən geri göndərilməlidi.

Həmçinin, yarışa görə Azərbaycana gətirilən mallar Bakı-2015-də istifadə olunmalıdı. Belə malların kommersiya və gəlir əldə etmək məqsədilə hər hansı yolla istifadəsi, satışı, icarəsi qadağandı.

Bakı-2015 üçün gömrük proseduru çərçivəsində ölkəmizə gətirilə biləcək malların növləri aşağıdakı kimidi:

– Təzə və istifadə olunmamış şəxsi əşyalar;

– Kompüter və fotoqrafiya avadanlıqları kimi professional avadanlıqlar;

– İdman geyimləri və uniformalar, idman alətləri, ərzaq məhsulları, dərmanlar;

– Bakı-2015-in gedişi ərzində hədiyyələr və mükafatlar kimi verilən və reklam, marketinq və ya digər qeyri-maliyyə məqsədli istehlak malları.

Aksiz tətbiq olunan mallar (məsələn: spirtli içkilər və tütün məhsulları) və dövriyyəsinə məhdudiyyət qoyulan müəyyən qism malların idxalına icazə verilmir.

Qeyd edək ki, Avropa Oyunları zamanı media nümayəndələri ictimai nəqliyyatdan da pulsuz istifadə edəcəklər.

Apa.az