2013-cü ildə “Azərbaycan Dəmir Yolları”nın gəlirləri 280 milyon dolları ötüb

Posted by

2013-cü ildə "Azərbaycan Dəmir Yolları"nın gəlirləri 280 milyon dolları ötüb

 

2013-cü ildə “Azərbaycan Dəmir Yolları”nın gəlirləri 280 milyon dolları ötüb

2013-cü ildə "Azərbaycan Dəmir Yolları"nın gəlirləri 280 milyon dolları ötüb

 

2013-cü ildə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətin (QSC) gəlirləri 223,1 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə QSC-nin rəhbəri Arif Əsgərovun bazar ertəsi rəsmi mətbuatda dərc olunmuş məqaləsində deyilir.

Ötən il QSC-nin gəlirləri yük (208,2 milyon manat) və sərnişin (14,9 milyon manat) daşımalarının hesabına formalaşıb.

Əsgərovun sözlərinə görə, 2013-cü ildə QSC-nin xərclərinin ümumi həcmi 214 milyon manat təşkil edib ki, bundan 73,3 milyon manat işçilərin maaşlarının ödənilməsinə, 53,1 milyon manat – mal və materialların alınmasına, 38,7 milyon manat istifadə olunmuş elektrik enerjisi, yanacaq və su haqqının ödənişinə, 15,3 milyon manat Dövlət Sosial Müdafiə Fondunun ödənişlərinə, 4,1 milyon manat vergi ödənişləri şəklində dövlət büdcəsinə yönəldilib.

A.Əsgərov bildirib ki, beləliklə, ötən il QSC-nin xalis mənfəəti 9 milyon manat təşkil edib.

Ümumilikdə, 2013-cü ildə QSC tərəfindən 23,2 milyon ton yük və 2,5 milyon sərnişin daşınıb.

 

Trend.az