13 rayonda çətin həyat şəraitində olan uşaqlara və ailələrinə günərzi qayğı xidmətləri göstərilir

Posted by

13 rayonda çətin həyat şəraitində olan uşaqlara və ailələrinə günərzi qayğı xidmətləri göstərilir13 rayonda çətin həyat şəraitində olan uşaqlara və ailələrinə günərzi qayğı xidmətləri göstərilir

13 rayonda çətin həyat şəraitində olan uşaqlara və ailələrinə günərzi qayğı xidmətləri göstərilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sifarişləri əsasında 13 rayonda uşaqlara və ailələrə günərzi qayğı xidmətləri göstərilir.

 

Cari ilin ötən dövründə ƏƏSMN-nin sosial xidmətlər üzrə elan etdiyi müsabiqələrdə qalib gələn ixtisaslaşmış vətəndaş cəmiyyətləri tərəfindən hazırda respublikamızın 13 rayonunda çətin həyat şəraitində olan uşaqlar və ailələrinə günərzi qayğı xidmətləri göstərilir.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, həmin rayonlar (Astara, Ağsu, Beyləqan, Qazax, Yardımlı, Ağcabədi, Qax, Yevlax, Lənkəran, Tovuz, Bərdə, Quba, İsmayıllı) üzrə ümumilikdə 400 nəfərədək uşaq və ailələri günərzi sosial xidmətlərlə təmin olunur.

 

Bu xidmətlər qeyd edilən uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınmasına, çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsinə yönəlib. Ölkənin 8 rayonunda (Şəmkir, Biləsuvar, Cəlilabad, Xaçmaz, Masallı, Sabirabad, Yardımlı, Şamaxı) isə ƏƏSMN-nin sosial sifarişləri əsasında sağlamlıq imkanları məhdud uşaqlara icma əsaslı sosial reabilitasiya xidmətləri göstərilir.

 

Bununla yanaşı, nazirliyin sosial sifarişi üzrə uşaqlar arasında əlilliyin qarşısının alınması, sağlamlıq imkanları məhdud uşaqların Portec metodikası ilə sosial reabilitasiyası, belə uşaqlara psixo-sosial dəstəyin, habelə eşitmə və nitq qabiliyyəti olmayan sağlamlıq imkanları məhdud uşaqlara surdoloji xidmətlərin göstərilməsi, əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında idman tədbirlərinin təşkili, onların beynəlxalq yarışlarda iştirakına şərait yaradılması və s. istiqamətlərdə də layihələr icra edilir. Ümumilikdə, qeyd olunan layihələr çərçivəsində 1500 nəfərdən çox sağlamlıq imkanları məhdud və ya çətin həyat şəraitində olan uşaq sosial xidmətlərlə təmin olunub.

 

Trend.az