10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günüdür

Posted by

10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür

10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günüdür

 

10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günüdür

10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günüdür. Bu tarix bütün dünyada 1948-ci ildə BMT Baş Məclisi tərəfindən insan hüquqları üzrə ümumi bəyannamənin qəbul edilməsindən sonra qeyd edilir.

 

BMT-nin baş katibi Pan Gi Munun Beynəlxalq İnsan Hüquqları günü münasibətlə builki müraciətində BMT Baş Məclisinin insan hüquqları üzrə ümumi bəyannaməsinin zəmanəmizdəki əhəmiyyəti bir daha vurğulanır. Qeyd olunur ki, bəyannamə ilə qorunan ədalət, ləyaqət, bərabərlik, iştirak tələbləri dünyanın hər yerində insanları səfərbər edir. Müraciətdə indiyədək bu sahədə əldə olunmuş nailiyyətlərə əsaslanaraq, yeni demokratik dəyişikliklərin həyata keçirilməsi, müharibə və insanlığa qarşı cinayət törədənlərin məsuliyyətə cəlb edilməsini təmin etmək üçün yeni addımların atılması, insan hüquqları haqqında yeni və daimi təbliğata başlanmasının zəruriliyi vurğulanır.

 

AzərTac.az